Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Aqil Xəlilə təzyiqlərə son qoyulması tələbi ilə Kürdəmirdə aksiya olub


«Ona böhtan atırlar. Bir vətəndaş olaraq buna etiraz edirik»
«Ona böhtan atırlar. Bir vətəndaş olaraq buna etiraz edirik»

Aprelin 13-də jurnalist Aqil Xəlilə qarşı təzyiqlərə etiraz əlaməti olaraq onun anadan olduğu Kürdəmir rayonunun Dəyirmanı kəndinin bir qrup sakini rayon mərkəzində aksiya keçiriblər. Bu barədə «Azadlıq» radiosuna aksiya iştirakçılarından Sahib İbrahimov məlumat verib.


«O, ədalətli sözünə görə döyülüb, bıçaqlanıb, xəstəxanaya düşüb. İndi ona təxribat edirlər, böhtan atırlar. Bir vətəndaş olaraq bütün bunlara etiraz edirik».


Sahib İbrahimov onu bildirib ki, aksiyaya rayon mərkəzində yaşayan şəxslər də qoşulub: «Biz bəyanat imzaladıq. Bəyanatda son illər hakimiyyətin azad sözə, mətbuata, müstəqil jurnalistikaya qarşı təzyiqlərinə son qoyulmasını tələb edirik».


Əraziyə polislərin gəlməsindən sonra aksiya iştirakçıları dağılışıblar.


Daxilin İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov isə hadisədən xəbərləri olmadığını deyib.


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil iki dəfə hücuma məruz qalıb, ürək nahiyəsindən bıçaqlanıb. Jurnalist həmçinin prokurorluqda dindirilmə zamanı ondan zorla ifadə alındığını, döyüldüyünü bildirir.


Respublika Prokurorluğu mətbuata verdiyi açıqlamada onun dediklərini təkzib edib və homoseksuallar tərəfindən bıçaqlandığını bildirib.


Jurnalistin vəkili Respublika Prokurorluğunun müstəntiqini, Aqil Xəlil özü isə birtərəfli məlumat yaydıqları üçün bəzi yerli telekanalları məhkəməyə verib.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG