Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:24

İdman telekanalının açılması planlaşdırılır


Şura sədri deyir ki, müsabiqəyə sənəd qəbulu aprelin 21-dən başlayır
Şura sədri deyir ki, müsabiqəyə sənəd qəbulu aprelin 21-dən başlayır

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda idman televiziya kanalının açılması ilə əlaqədar müsabiqə elan edib. Bu barədə MTRŞ-nin aprelin 11-də keçirilən iclasında qərar qəbul olunub.


Şuranın sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna bildirib ki, Azərbaycanda yeni sahə kanallarının (idman, mədəniyyət, uşaq, gənclər, təhsil) açılmasına zərurət var.


Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini aprelin 21-dən başlayaraq bir ay müddətində Şuraya təqdim etməlidirlər.


Nuşirəvan Məhərrəmli gələcəkdə mədəniyyət kanalının açılmasının da vacibliyini bildirib: «Buna da böyük zərurət var. Amma dövlət dəstəyi olmadan ideyanı həyata keçirmək çətin olacaq. Bu barədə düşünürük. Məsələni həll etmək üçün müxtəlif variantlar axtarırıq».


XS
SM
MD
LG