Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Funikulyor nağılı...


Bakıda funikulyor 60-cı illərdə salınmışdı
Bakıda funikulyor 60-cı illərdə salınmışdı
Bir vaxtlar şəhərin yuxarısına – Dağüstü Parka qalxmaq istəyənlər üçün funikulyor var idi. Üzüyuxarı dəmir relslərlə uzanan vaqona oturub, 500 metr hündürlüyü qalxıb-enmək uşaqlar kimi böyüklərin də xoşuna gələrdi. Vaqonda 20-dən çox adam olurdu. Eyni vaxtda vaqonlardan biri yuxarı qalxanda, o biri üzüaşağı enirdi. Ancaq günlərin birində, 80-ci illərin sonlarında bu maraqlı vaqonlar yuxarı dayanacaqda ilişib qaldılar.

İndi funikulyorun yerləşdiyi ərazidə gözə dəyən yoxdur. Üstünə iri hərflərlə «Gözləmə zalı» yazılmış binanın qapıları bağlıdır. Ətrafda da gözə dəyən yoxdur. Çünki neçə vaxtdır burda vaqon gözləyən yoxdur. Əvəzində adamlar üzüyuxarı-üzüaşağı nəfəsləri təngiyə-təngiyə düşüb-qalxırlar: «Funikulyor işləsəydi, mən də belə yorulmazdım, ayaqlarım qırılır...»


Funikulyora həsrətlə baxan 65 yaşlı Sədrəddin Süleymanov deyir ki, burayla bağlı yaxşı xatirələri var: «O vaxtları bura «Kirov parkı» adlanırdı. 60-cı illərdən, gənclik vaxtlarımdan danışıram. Rəqs meydançası vardı, gəlirdik, qızlarla rəqs edirdik. Funikulyorun da qiyməti 5 qəpik idi, zövq ala-ala çıxırdıq üzüyuxarı, yolda sahilə, gəmilərə, adamlara baxırdıq...»


2001-ci il dekabrın 31-də təmirdən sonra funikulyor açıldı. Ancaq çox işləyə bilmədi. 2007-ci ilin iyun ayında təmir olunmaq adıyla yenidən bağlandı. Nə vaxt açılacağına gəldikdə isə, bu işlə məşğul olanlar xəbərsiz kimi görünürlər. Funikulyorun rəisi Tofiq İsmayılov: «Mənim heç nədən xəbərim yoxdur».


Bakı Şəhər İcra Hakimiyyətindən isə dedilər ki, funikulyorla bağlı yeni layihə hazırlanır. Layihəyə görə, funikulyorun görkəmi və işi yenilənəcək.


Bakıda funikulyor 60-cı illərdə salınmışdı. Burdakı dəmiryol xəttinin uzunluğu 455 metr, vaqonların sayı isə 2 olub. Vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edirmişlər və orta hesabla saatda 2 min sərnişin daşıyırmış.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG