Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Aqil Xəlil və vəkili Respublika Prokurorluğuna çağırılıb


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil
«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil

Aprelin 10-da «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil və vəkili Elçin Sadıqov Respublika Prokurorluğuna çağırılıb.


Bu haqda «Azadlıq» radiosuna vəkil Elçin Sadıqov məlumat verib.


Çağırılmaya A.Xəlilin istintaqda qeyri-insani rəftarla üzləşməsi iddiası ilə Baş prokurora şikayət etməsi səbəb olub.


Jurnalist Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində müstəntiqlərin ondan zorla ifadə aldığını bildirmişdi.


Prokurorluqda deyiblər ki, şikayət əsasında nəzarət icraatı başlanıb və deyilənlər araşdırılır. İşi Baş prokurorun köməkçisi Azər Əsgərov araşdırır.


XS
SM
MD
LG