Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:37

«Vaşinqton Yerevanla arasındakı körpünü yandırmaq istəmir»


«Biz Ermənistanda demokratiya tempinin bərpasını görməliyik»
«Biz Ermənistanda demokratiya tempinin bərpasını görməliyik»

«Ermənistan Amerikanın yardımı olmadan da keçinər».


ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Ermənistanın yeni seçilmiş prezidenti Serj Sarkisyanın andiçmə mərasimindən əvvəl «Azadlıq» radiosunun erməni xidmətinə belə deyib. Onun sözlərinə görə, Vaşinqton Yerevanla arasındakı körpünü yandırmaq istəmir:


«Minilliyin Çağırışı Proqramı Amerikayla Ermənistanın dostluğunun göstəricisidir. Proqramı müzakirə etməkdə məqsədimiz fikrimizi demək, vəziyyətin ciddiliyini çatdırmaqdır. Biz Ermənistanda iqtisadi, siyasi azadlıqlar, demokratiya tempinin bərpa olunmasını görməliyik».


«Biz inanırıq ki, hökumət doğru yoldadır», - deyən Brayza bildirib ki, Minilliyin Çağırışı Proqramı bu yolun davamını tələb edir. «Pulu, yardımı alan ölkə kriteriyalara cavab verməlidir. İnsan haqları qorunmalı, şəxsi azadlıqlara hörmət qoyulmalıdır. Hazırda Ermənistan bu kriteriyalara uyğun gəlmir», - deyə amerikalı həmsədr vurğulayıb.


Serj Sərkisyanın andiçmə mərasimi aprelin 9-da keçirilib. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza mərasimdə iştirak edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG