Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:32

«Danışıqlarda hələ də ümid var»


«Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlarda hələ də ümid var»
«Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlarda hələ də ümid var»

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlarda hələ də ümid var. ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Metyu Brayza «Azadlıq» radiosunun Erməni Xidmətinə müsahibəsində belə deyib.


Brayza bildirib ki, Kosovonun müstəqilliyini elan etməsindən sonra tərəflər arasında müəyyən fikir ayrılıqları yaransa da, bu elə əvvəl də var idi.


Diplomat vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquq prinsipinə söykənir, Ermənistan isə xalqların müqəddəratını təyin etmək haqda siyasi hüquqdan istifadə etmək istəyir. «Bizim də məqsədimiz beynəlxalq hüququn prinsipi ilə siyasi haqdan istifadə istəklərini uzlaşdırmaqdı və bu da mümkünsüz deyil. Mən çox şadam ki, Ermənistanın yeni hakimiyyəti də danışıqları əvvəl yarımçıq qaldığı yerdən davam etdirməyə razıdır».


XS
SM
MD
LG