Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Bolşeviklərin adlarını xəritədən silmək tövsiyə olunub


Parlament Əli Bayramlı və Xanların adlarının dəyişdirilməsini müzakirə edəcək
Parlament Əli Bayramlı və Xanların adlarının dəyişdirilməsini müzakirə edəcək

Parlamentə Əli Bayramlı şəhərinin adının Şirvanla əvəzlənməsi tövsiyə olunub. Bu barədə Milli Məclis yanında Toponimiya Komissiyası aprelin 9-da keçirilən iclasında qərar verilib.


Məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Komissiyanın sədri Budaq Budaqov bildirib ki, şəhərin adının dəyişdirilməsi xahişi ilə Əli Bayramlı sakinləri müraciət ediblər.


Ancaq komissiya Xanlar rayonunun Göy Göl adlandırılması ilə bağlı rayon ictimaiyyətinin müraciətini mənfi cavablandırıb. Komissiya bu rayonun Cavadxan adlandırılmasını tövsiyə edib.


Əli Bayramov və Xanlar Səfərəliyev Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında fəal iştirak etmiş bolşeviklərdən idilər. Birincinin şərəfinə 1931-ci ildə, ikincinin xatirəsini əbədiləşdirmək üçün isə 1938-ci ildə şəhər və rayon yaradılıb.



AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG