Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 08:35

«Qalatasaray»ın baş məşqçisi istefa verib


«Qalatasaray» 61 xalla 2-ci sıradadır
«Qalatasaray» 61 xalla 2-ci sıradadır

Türkiyənin «Qalatasaray» futbol klubunun baş məşqçisi, 75 yaşlı Karl Haynts Feldkamp vəzifəsindən istefa verib.


«Qalatasaray»ın rəsmi saytında verilən açıqlamada bildirilir ki, istefanın səbəbi almaniyalı mütəxəssislə klub rəhbərliyi arasındakı fikir ayrılıqlarıdır.


İstefa rəhbərlik tərəfindən qəbul olunub. K. H. Feldkampın müavini Əhməd Akçan da vəzifəsindən uzaqlaşdırılıb.


Aprelin 6-da Ankarada «Gənclərbirliyi» ilə qarşılaşacaq «Qalatasaray» bu matça klubun idman direktoru Adnan Sezgin və klubun daha 3 yetkilisinin rəhbərliyi ilə çıxacaq.


Türkiyə Super Liqasının başa çatmasına 6 tur qalıb və «Qalatasaray» 61 xalla 2-ci sıradadır. Hazırda klub rəhbərliyi yeni mövsüm üçün baş məşqçi axtarışındadır. Namizədlər arasında Mixael Laudrup, Lotar Matteus, Karlo Ançelotti kimi tanınmış əcnəbi mütəxəssislərin və «İstanbul Bələdiyyəsi» klubunun gənc yerli baş məşqçisi Abdulla Avcının adları çəkilir. / APA /


XS
SM
MD
LG