Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

Hakimiyyətdə olanların sərvəti 41 milyard dollardır


Hazırda Rusiya parlamentində 12 milyarder əyləşir
Hazırda Rusiya parlamentində 12 milyarder əyləşir

Bu il Rusiya milyarderlərin sayına görə, dünyanın ikinci ölkəsi olub. Lakin milyarderlərin hakimiyyətdə təmsil olunmasına gəlincə, Rusiya birinci yerdədir. «Forbes» jurnalının verdiyi məlumata görə, hazırda Rusiya parlamentində 12 milyarder əyləşir. Onların hamısının birgə sərvəti nə az, nə çox, düz 41 milyard dollar təşkil edir. Rusiyada milyarderlər yalnız qanunverici yox, digər hakimiyyət strukturlarında da fəaliyyət göstərirlər. Bu ölkədə bir milyarder qubernator var, digər bir milyarder isə Moskva merinin həyat yoldaşıdır.


Rusiya milyarderləri arasında birinci yerdə 42 yaşlı Süleyman Kərimov durur. Onun sərvəti 17 milyard dollardır. Prezident Putinin «Dumada milyarderlər lazım deyil» deməsinə qədər Kərimov 8 il Dövlət Dumasında çalışb.


İkinci yerdə var-dövləti 4 milyarda qədər olan Qleb Fetisov qərarlaşıb. O, 2005-ci ildə parlamentə üzv seçilmişdi.


Digər milyarderlər isə 2 milyardlıq sərvətin sahibi olan 45 yaşlı Sergey Puqaçov, 1,5 milyardın sahibi 52 yaşlı keçmiş bank sahibi Fərhad Əhmədov, 2.3 milyarlıq sərvəti olan Dmitri Ananyev və başqalarıdır.


Əlbəttə ki, sərvət və siyasi güc az qala dövlət institututları qədər yaşa malikdir. Lakin Rusiya hökumətində var-dövlətin çəkisinə dünyanın başqa heç bir ölkəsində tay-bərabər yoxdur. Onların əksəriyyəti Vladimir Putinin Vahid Rusiya Partiyasında birləşiblər. Bu partiyaya üzvlük onlara böyük üstünlük verir.


Moskvadakı Karneqi Mərkəzinin alimi Nikolay Oterov deyir ki, dövlətli adamın hakimiyyət strukturlarında irəliləməsi bəzi hallarda vətəndaşın da marağında olur. Çünki əgər böyük adam kiçik bir regionu təmsil edirsə, onun var-dövlətinin hətta kiçik bir hissəsi də region üçün qənimətdir. Onlar müəyyən vəzifə və hörmət qazanırlar. Bu da onlara daha yüksəkdə olanlarla işləməyə, beləliklə də öz şəxsi bizneslərinin inkişafına imkan yaradır.


Rusiya qanunlarına görə, qanunverici orqanın nümayəndələri və ya hər hansı məmur bizneslə məşğul ola bilməz. Bəs necə olur ki, bu qədər milyarder ortaya çıxır? Bir çoxları öz şirkətlərinin hissələrini dost-tanışa və ya ailə üzvlərinə paylamaqla qanundan yan keçə bilirlər.


İqtisadçı Azər Mehtiyev isə deyir ki, adətən belə milyarderlərin siyahısına azərbaycanlıların adı düşmür. Çünki Azərbaycanda rəsmi olaraq milyarderin olub-olmamasını öyrənmək mümkün deyil: «Lakin bu, heç də o demək deyil ki, Azərbaycanda milyarder yoxdur. Onlar bu və ya digər iqtisadi səhəyə nəzarət edirlərsə və gəlirləri varsa, bir çox hallarda bu, qeyri-rəsmi şəkildə həyata keçirilir və müxtəlif insanların adlarına yazılır. Bu gün Azərbaycan hakimiyyətində təmsil olunanlar arasında gəlirlərinin həcmi yüksək olanlar kifayət qədərdir».


Azər Mehtiyenin sözlərinə görə, hakimiyyətdə milyarderlərin olması heç də o demək deyil ki, ölkə daha yaxşı inkişaf edəcək. Onun fikrincə, əksinə bu, bir çox hallrda elə korrupsiyaya yol açır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG