Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:54

«Tezliklə ABŞ-Azərbaycan hərbi məsləhətləşmələri başlayacaq»


Rusiya icarəyə götürdüyü Qəbələ RLS-dən birgə istifadəni təklif edib
Rusiya icarəyə götürdüyü Qəbələ RLS-dən birgə istifadəni təklif edib

«Biz inanırıq ki, İran tərəfindən ABŞ, Avropa və Rusiyaya qarşı təhdidlər və təhlükələr var. İnanırıq ki, birgə işləyib regional çərçivədə bu təhlükəyə qarşı sistem yarada bilərik».


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders aprelin 4-də jurnalistlərlə söhbətində bildirib ki, Soçidə prezidentlər Corc Buş və Vladimir Putinin görüşündə bu məsələlər də diqqət mərkəzində olacaq. Diplomat deyir ki, Amerikanın Avropada raket əleyhinə müdafiə sistemləri yaratması aylarla uzanan bir prosesdir: «Buna görə də biz həm Rusiya, həm də NATO ilə məsləhətləşmələr aparırıq. Qəbələ RLS-lə bağlı təklifimiz də bu kontekstdə gündəmə gəlib. Mən iki detalı nəzərə çatdırmaq istəyirəm: birincisi, ABŞ bu məsələnin müsbət həllində niyyətlidir, ikincisi, stansiya Azərbaycana məxsus olduğundan RLS-ə aid hər hansı proses Azərbaycanla koordinasiyalı həyata keçirilməlidir».


«Böyük Səkkizliy»in sonuncu samitində prezident Putin amerikalı həmkarına Şərqi Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirmək əvəzinə Rusiyanın Azərbaycanda icarəyə götürdüyü Qəbələ RLS-dən birgə istifadəni təklif edib. Ekspertlər bildiriblər ki, Qəbələ RLS bir sıra funksiyaları baxımından müasir standartlara cavab vermir. Amerika rəsmiləri isə deyiblər ki, Putinin təklifi Avropada yerləşdiriləcək sistemləri əvəz edə bilməz.


NATO-nun Buxarest sammitində Rusiyanı əməkdaşlığa çağıran prezident Corc Buş bildirib ki, «Putin Azərbaycanda və Rusiyada yeni imkanlar təklif edir. Düşünürəm ki, bu təklif radar müşahidə sistemi üçün istifadə oluna bilər».


Enn Ders isə tezliklə Bakıda Azərbaycanla ABŞ arasında növbəti hərbi məsləhətləşmələrin keçiriləcəyini də deyib. Danışıqların gündəliyinə Azərbaycanın müdafiə islahatlarının həyata keçirilməsində Amerikanın yardımları, NATO çərçivəsində Fərdi Tərəfdaşlıq Planının ikinci mərhələsinə dəstək və başqa məsələlər daxildir.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG