Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:22

«Sərhədsiz reportyorlar» jurnalistlərin tələblərini dəstəkləyir


«Sərhədsiz reportyorlar» Bakıda son həftə ərzində bir qrup jurnalistin söz azadlığının pozulmasına etiraz olaraq və həbsdə olan həmkarlarının azad edilməsi tələbilə keçirdiyi aclıq aksiyasını dəstəkləyir. Bu barədə beynəlxalq hüquq-müdafiə təşkilatının «Turan»a daxil olan bəyanatında deyilir.


Sənəddə qeyd edilib ki, məhkum Eynulla Fətullayev tərəfindən başlanmış aksiyaya ictimaiyyət və siyasi partiyaların nümayəndələri də qoşulub. «Sərhədsiz reportyorlar» ümid edir ki, hakimiyyət çağırışları eşidib, jurnalistlər də daxil olmaqla, bütün siyasi məhbusları azad edəcək. Aksiya iştirakçıları həm də beynəlxalq təşkilatları ATƏT və Avropa Şurasını Azərbaycanda söz azadlığının pozulmasına son qoymaqda yardım etməyə çağırıblar.


«Biz təəssüf edirik ki, jurnalistlər beynəlxalq ictimaiyyətin diqqətini ölkədə mətbuata daim təzyiq göstərildiyinə çəkmək üçün ən son addımı atmağa məcbur olublar. Buna görə biz inadla beynəlxalq ictimaiyyəti bu məsələni Azərbaycan nümayəndələri ilə bütün görüşlərdə qaldırmağa və ona ölkənin 1992 və 2001-ci illərdə ATƏT-ə və Avropa Şurasına qəbul zamanı üzərinə götürdüyü öhdəlikləri xatırlatmağa çağırırıq», - deyə bəyanatda qeyd edilib.


XS
SM
MD
LG