Noyabr ayında ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı baza prinsipləri barədə qəbul olunmuş sənəd Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinə yaxşı əsasdır. Bu barədə aprelin 2-də Rusiyanın xarici işlər naziri Serqey Lavrov Dövlət Dumasının iclasında çıxış edərkən bildirib.
Lavrovun sözlərinə görə, Dağlıq Qarabağ üzrə danışıqlar prosesi heç vaxt dayandırılmayıb və davam etdiriləcək.
Lavrov Cənubi Qafqaz regionunda digər münaqişələrə də toxunub. O, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı Dövlət Dumasının müraciətinin öyrənildiyini deyib.