Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:56

«İri şəhərlərin icra hakimiyyəti qarşısında toplantılar qadağan edilir»


«İri şəhərlərin icra hakimiyyəti orqanı binalarının qarşısında toplantılar qadağan edilir»
«İri şəhərlərin icra hakimiyyəti orqanı binalarının qarşısında toplantılar qadağan edilir»

«Avropa Şurasının Venesiya Komissiyası (VK) artıq «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişikliklərə dair məsələni bağlanmış hesab edir. Aprel ayında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılacağı gözlənir».


Azərbaycanın VK-dakı nümayəndəsi Lətif Hüseynov belə deyir. Onun sözlərinə görə, keçən ilin dekabrında qanuna əlavə və dəyişikliklərə dair komissiyanın verdiyi rəydə cəmisi bir müddəa ilə bağlı irad göstərilirdi.


Belə ki, Azərbaycan hökumətinin təqdim etdiyi layihədə icra hakimiyyətlərinin qarşısında toplantıların keçirilməsi qadağan edilirdi. Venesiya Komissiyası isə bu müddəanın dəqiqləşdirilməsini zəruri sayırdı.


Son danışıqlarda tərəflər həmin məsələni də razılaşdırıblar. Lətif Hüseynov: «Layihənin son variantı məndə yoxdur. Ancaq məlumatım var ki, mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında toplantıların keçirilməsi qadağan edilir. O cümlədən də Bakı, Gəncə kimi iri şəhərlərin icra hakimiyyəti orqanı binalarının qarşısında toplantılar keçirilməsi qadağan edilir. Hər halda bu, məndə olan məlumatdır. Amma Milli Məclisə təqdim olunan layihədən bilinəcək ki, bu məsələlər öz həllini necə tapır».


Lətif Hüseynovun sözlərinə görə, artıq komissiya hesab edir ki, Milli Məclis qanunu bu şəkildə qəbul etsə, sənəd beynəlxalq standartlara tamamilə cavab verəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG