Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:30

NATO sammitindən Ukrayna və Gürcüstan nə gözləyir?


«NATO-Rusiya münasibətləri indi ən aşağı səviyyədədir»
«NATO-Rusiya münasibətləri indi ən aşağı səviyyədədir»

Bu iki ölkə aprelin 2-dən 4-nə kimi keçiriləcək Buxarest sammitindən onlara Üzvlük Fəaliyyət Planının təqdim ediləcəyini gözləyir. Bu plan isə üzvlüyə əsas addımdır.


Gürcüstanda prezident seçkisi zamanı NATO-ya üzvlük məsələsi də səsverməyə çıxarılmışdı. Həmin vaxt 77 faiz NATO-ya «hə» dedi. Bununla belə, iqtisadçı Nodar Canelidze deyir ki, Gürcüstanın NATO-ya üzvlüyü Rusiya tərəfdən sanksiyalar və başqa problemlər yaradacaq: «Rusiya istəmir ki, Gürcüstan NATO-ya qoşulsun. Təbii ki, NATO bizə kömək edəcək. Əgər biz alyansa qoşulsaq, Rusiya problemimiz olmayacaq».


Başqa iqtisadçı Merab Abdaladze isə deyir ki, NATO-ya üzvlük Gürcüstan üçün yeganə düzgün qərardır.


Aktrisa Sopo Kintsuraşvili isə hesab edir ki, Gürcüstanı NATO-ya üzvlüyə itələyən elə Rusiyanın aqressiv siyasətidir.


NATO-ya üzv olmaq istəyən Ukraynaya isə Rusiyanın keçmiş prezidenti Vladimir Putin fevralda xəbərdarlıq etdi ki, belə olsa, Rusiya raketləri Ukraynaya tuşlanacaq. Kiyevdəki Ordu Mərkəzinin rəhbəri Sergey Jurets isə bu fikirdədir ki, belə hədənin səslənməsinin özü Ukraynaya sərfəlidir: «Bu təzyiqin reallıqda Ukrayna üçün müsbət nəticələri ola bilər. Çünki bəzi NATO ölkələri Ukraynanın üzvlük ideyasını qəbul etmirlər. Rusiyanın hədələməsini görəndə, onlar da Ukraynanı müdafiə edə bilərlər».


Rusiya isə NATO-nun onun qonşuluğunacan gəlməsini istəmir.


Rusiyalı hərbi təhlilçi Vladimir Litovkin deyir ki, Moskvanın narazılığının NATO üçün əhəmiyyəti böyük olmaya bilər: «NATO-Rusiya münasibətləri indi ən aşağı səviyyədədir. Burda deməzdim ki, təqsir təkcə Rusiyadadır, NATO da müstəqil mövqedən çıxış etmir, Amerikanın ardınca gedir. Mən deyərdim ki, NATO ilə Rusiya arasında əməkdaşlıqdan çox rəqabət var və bu güclənir».


«Yejednevnı» jurnalının hərbi eksperti Aleksandr Qolts isə hesab edir ki, Rusiya Gürcüstanda və Ukraynada mifik bazalardan danışır. Əslində problem psixologiyadadır. Rusiya NATO-nun belə genişlənməsi ilə barışa bilmir.


Rusiyanın yeni prezidenti Dmitri Medvedev isə bu həftə xəbərdarlıq edib ki, Gürcüstan və Ukrayna ətrafında yaranmış vəziyyət Avropanın təhlükəsizlik sisteminə böyük problem yaradır.


Kremlin mətbuat katibi Dmitri Peskov isə daha açıq danışıb. O, «Röyters»ə müsahibəsində deyib ki, Gürcüstanla Ukrayna NATO-ya qəbul edilsə bu, birtərəfli qaydada hərəkət etməyə üstünlük verilməsilə bağlı işarə olacaq: «Yəni Rusiya ilə hesablaşmırlar».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG