Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 20:44

AK partiyanın bağlanması barədə iddia icraata götürüldü


AK partiya ötən seçkilərdə seçicilərin 75 faizinin səsini qazanıb
AK partiya ötən seçkilərdə seçicilərin 75 faizinin səsini qazanıb

Türkiyənin Konstitusiya Məhkəməsi hakim Ədalət və İnkişaf partiyası (AK partiyanın) bağlanması barədə iddianı icraata götürüb. Bu barədə məhkəmənin martın 31-də keçirilən iclasında qərar verib.


Türkiyənin baş prokuroru hakim Ədalət və İnkişaf partiyasını məhkəməyə verib, partiyanın bağlanmasını, 70-dən çox rəsminin, o cümlədən Türkiyə prezidenti Abdullah Gülün, baş nazir Rəcəb Taib Ərdoğanın fəaliyyətinə qadağa qoyulmasını istəyir. Prokuror, həm də başqa müxalifətçilər hesab edirlər ki, Ədalət və İnkişaf Partiyası Türkiyəni İslam dövlətinə çevirmək istəyir.


Bundan sonra məhkəmə icraata götürdüyü iddianı AK partiyaya göndərəcək. Bir ay ərzində hakim partiya işlə bağlı müdafiə dəlillərini təqdim edəcək. AK partiyanın baş prokuror Əbdürrəhman Yalçınqayaya qarşı əks iddialarını da Konstitusiya Məhkəməsi dəyərləndirə bilər.


Türkiyənin Konstitusiya Məhkəməsi 11 nəfərdən ibarətdir. Qərarın qəbulu üçün bu üzvlərdən 7-nin səsi kifayət edir.


Baş prokuror Türkiyənin hakim partiyasına qarşı iddianı bu ilin martın 14-də irəli sürüb.


Hakim AK partiya isə bu təşəbbüsü demokratiyaya hücum kimi qiymətləndirir. AK partiya ötən seçkilərdə seçicilərin 75 faizinin səsini qazanıb.



XS
SM
MD
LG