Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Berti Foqts Azərbaycan millisinə baş məşqçi təyin edilib


Almaniyalı mütəxəssis Berti Foqts Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin edilib. Qərar AFFA-nın İcraiyyə Komitəsinin martın 30-da keçirilən iclasında qəbul edilib. Onunla iki il müddətinə müqavilə bağlanacaq.


B.Foqts 1946-cı ildə Almaniyanın Büttgen şəhərində anadan olub. Futbol karyerasına 1965-ci ildən başlayıb.


Onun rəhbərlik etdiyi Almaniya yığması 1996-cı ildə Avropa çempionu olub.


B.Foqts braziliyalı Karlos Alberto Torresdən sonra Azərbaycan yığmasını çalışdıran ikinci əcnəbi mütəxəssisdir.



XS
SM
MD
LG