«Abituriyentlər sabahdan başlayaraq sənədlərini təqdim edə bilərlər». Bu bərədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə martın 30-da keçirdiyi mətbuat konfransında bəyan edib.
Komissiya sədri deyib ki, 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu mayın 31-də yekunlaşacaq.
Əvvəlki illərdən fərqli olaraq bu dəfə qəbul qaydalarında dəyişikliklər edilib. Belə ki, abituriyentlər qəbul üçün elektron ərizələri internet vasitəsilə dolduracaq və bundan sonra sənədləri qəbulu komissiyalarına təqdim edəcəklər.
TQDK sədri deyib ki, qabiliyyət imtahanları isə iyunun 28-dən iyulun 7-dək keçiriləcək.