Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 02:53

Aclıq aksiyası böyüyür


Hazırda aclıq aksiyasında altı jurnalist iştirak edir
Həbsdə olan jurnalistlər və siyasi məhbusların azad edilməsi tələbi ilə keçirilən aclıq aksiyasına martın 29-da daha iki jurnalist qoşulub. Onlar «Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Natiq Cavadlı və Demokratik Gənclər Hərəkatının rəhbəri Ağasif Şakiroğludur.

Bunu «Azadlıq» radiosuna «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu deyib. O bildirib ki, zəiflik və başağrısı istisna olunmaqla, aclıq edənlərin səhhətində heç bir problem yoxdur.


Aclıq aksiyasını martın 26-da «Gündəlik Azərbaycan» qəzetinin həbs edilmiş redaktoru Eynulla Fətullayev başlayıb, sonradan ona daha üç həmkarı da qoşulub. Hazırda Müsavat partiyasının qərargahında keçirilən aclıq aksiyasında altı jurnalist iştirak edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG