Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:35

«Jurnalistlərə əl qaldıran adamlar Azərbaycanın əleyhinə işləyirlər»


«Demokratiyanın səsinin boğulmasına son qoyulmalıdır»
«Demokratiyanın səsinin boğulmasına son qoyulmalıdır»

Artıq vaxtdır ki, Azərbaycanda hakimiyyət təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri və media işçiləri bir araya gəlib mətbuatda yaranmış qorxu vəziyyətini dəyişdirsinlər və medianın inkişafı mexanizmlərini müzakirə etsinlər.


Bu bəyanatı Amerikanın Azərbaycandakı səfiri Enn Dersi səsləndirib. O, martın 28-də həbsdə olan «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsinə baş çəkib, novruz sovqatı təqdim edib.


Diplomat deyib ki, son iki ildə mətbuat azadlığı sahəsində vəziyyət pisləşib, qorxu mühiti yaranıb. Səfirin fikrincə, bu da ölkə üçün çox mənfidir: «Təəssüf edirik ki, geriyə atılmaqda olan addımların şahidiyik. Amerika Azərbaycanda söz azadlığı və mətbuata təzyiqlərin aradan qaldırılması istiqamətində səylərini davam etdirəcək. Hökumətlə dialoqumuzda həm bu təzyiqlərə son qoyulmasını, həm də müstəqil mətbuatın inkişafı üçün mühitin yaradılmasını müzakirə edirik».


Xanım Dersi bəyan edib ki, jurnalistlərə qarşı təqib və təzyiqlər qəbul olunmur. «Demokratiyanın səsinin boğulmasına son qoyulmalıdır. O adamlar ki, jurnalistlərə əl qaldırırlar, bıçaqlayırlar, hücum edirlər, onlar Azərbaycanın əleyhinə işləyirlər».


Səfir deyir ki, mətbuata təzyiqlərin qarşısının alınması üçün son vaxtlar müxtəlif istiqamətlərdən-ATƏT, Avropa Şurasından Azərbaycana çağırışlar edilir: «Əgər heç bir dəyişiklik olmasa, bu çağırışlar daha da güclənəcək».


Diplomat Azərbaycanda müstəqil və qərərsiz mətbuatın inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb. Səfir deyib ki, məhz buna görə də məsuliyyətsiz mətbuatdan bəhanə kimi istifadə edilməməlidir.


Hazırda «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidlə yanaşı, onun qardaşı satirik şair Mirzə Sakit və «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev həbsdədirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG