Keçid linkləri

2024, 16 İyul, çərşənbə axşamı, Bakı vaxtı 08:11

İki gün davam edən meşə yanğını söndürülüb


Yanğın nəticəsində meşənin 27 hektar sahəsi məhv olub
Yanğın nəticəsində meşənin 27 hektar sahəsi məhv olub

Daşkəsən rayonunun Çıraqlı kəndinin yaxınlığındakı meşədə iki gün davam edən yanğın artıq söndürülüb. Bu barədə «Azadlıq» radiosuna Daşkəsən rayon icra hakimiyyətinin şöbə müdiri Meydanəli Yolçuyev məlumat verib. Onun sözlərinə görə, hazırda yanğınsöndürməyə cəlb olunanlar yenidən yanğın təhlükəsinin qarşısını almaq üçün tədbirlər görürlər.


Yanğın nəticəsində meşənin 27 hektar sahəsi məhv olub. Hadisəyə səbəb kimi uşaqların ehtiyatsız davranışı göstərilir.


Yolçuyev deyir ki, meşə örtüyünün yenidən bərpa olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işidi.


İki gün öncə başlayan güclü külək eyni zamanda Daşkəsənin bir çox kəndlərində dağıntı yaratmış, elektrik xətlərini sıradan çıxarmışdı. Meydanəli Yolçuyev deyir ki, artıq elektrik enerjisinin verilməsi bərpa olunub.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG