Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Etimad İsmayılov haqda 2 aylıq həbs-qətimkan tədbiri seçilib


Martın 27-də Rusiyanın Çelyabinsk Vilayət Məhkəməsi Azərbaycanın Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun oğlu Etimad İsmayılov haqda 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Bunu ANS PRESS-ə Etimad İsmayılovun vəkili Cərulla Ramazanov bildirilib. Onun sözlərinə görə, E.İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4-cü (dələduzluq) və 274.1-ci (çirkli pulları leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb Vəkil məhkəmənin qərarından Ali Məhkəməyə kasasiya şikayəti veriləcəyini bildirib.


Etimad İsmayılov martın 25-də Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.


XS
SM
MD
LG