Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:50

«Qripə yoluxan adamlar ətrafdan təcrid olunmalıdırlar»


«Həkim müayinəsindən xəstələnməmişdən qabaq keçmək lazımdır»
«Həkim müayinəsindən xəstələnməmişdən qabaq keçmək lazımdır»

«Bir dəfə metroda yanımda bir nəfər öskürdü, mən də ondan yoluxdum. Evdəkilər də məndən yoluxdu, sonra halsızlaşdım, iynə-dərman, sistemlər qoşuldu…»


Bakı sakini Elşən Məmmədov deyir ki, immuniteti zəif olduğundan qripə tez yoluxub. Son vaxtlar tanış-biliş, qonum-qonşu arasında qripə yoluxanların sayının artdığını müşahidə etdiyini söyləyən Elşənin sözlərinə görə, təkcə qripə tutulmaqdan yox, həm də virusa yoluxmuş adamlardan da qorunmaq lazımdı. Hətta özü qripə tutulanda başqalarını yoluxdurmamaq üçün maskadan istifadə edib: «Maska taxdım, amma gördüm mənə təəccüblə baxırlar ki, görəsən, bunun nə xəstəliyi var. Axırda maskanı çıxartdım».


Tibb elmləri doktoru, professor Adil Qeybulla da deyir ki, qrip virusu hava-damcı yoluyla yayıldığından özünü qoruma vasitələri gücləndirilməlidir. Professorun fikrincə, qrip başlayandan sonra müalicə tədbirlərinə əl atmaqdansa, adamlar əvvəlcədən öz qayğılarına qalsalar, virusun hücumundan yaxa qurtara bilərlər. Yəni bunun üçün həkim müayinəsindən xəstələnəndə yox, xəstələnməmişdən qabaq keçmək lazımdır. Qeybulla deyir ki, qrip əleyhinə vaksinlərdən də istifadə edə bilərlər: «Mütləq dispanserizasiya aparılmalı, qan analizləri verilməlidir».


Qripin ciddi virus infeksiyası kimi Ümumdünya Səhiyyə Təşkilatının nəzarətində olduğunu söyləyən Adil Qeybullanın sözlərinə görə, fəsil dəyişikliyində adamlar geyimlərini havaya uyğunlaşdıra bilməyəndə də qripə yoluxma riski yüksəlir: «Son vaxtlar Azərbaycana daxil olan ərzaqlarda, konservləşdirilmiş məhsullarda içində qida əlavələri daha çox olanlar müxtəlif orqanizmlərdə allergik dəyişikliklər törədə və soyuqdəymə fonunda problemlər yarada bilir».


Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev də gileylənir ki, adamlar daha çox xəstəlik ağırlaşanda həkimə müraciət edirlər. Onun sözlərinə görə, qripə yoluxanlar ətrafdan təcrid olunmalıdırlar: «Əgər təcridolunma hec cür mümkün deyilsə, onda başqasını yoluxdurmaqdan çəkinməli və virusun yayılmamasının qayğısına qalmalıdır».


Camaat arasında qriplə mübarizədə təbii üsullarla mübarizə aparanlar da az deyil. Amma İbadulla Ağayev bunun əleyhinədir. O, deyir ki, qripə barmaqarası baxıb sonradan daha ciddi fəsadlarla üzləşməkdənsə, həkim müayinəsindən, müalicəsindən istifadə etmək lazımdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG