Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:36

Aqil Xəlilin işi Respublika Prokurorluğuna verilib


«Bəzən ağrılar olur. Qolumda keyimə var»
«Bəzən ağrılar olur. Qolumda keyimə var»

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanması faktı ilə bağlı başlanan cinayət işi Respublika Prokurorluğuna verilib. Bu haqda «Azadlıq» radiosuna Bakı Şəhər Baş Polis İdarəsində işin istintaqını aparan müstəntiq Nazim Əhmədov məlumat verib. O, işin Respublika Prokurorluğuna verilməsinin səbəbləri barədə hər hansı məlumat verməyib.


Aqil Xəlil özü isə «Azadlıq» radiosuna bildirib ki, səhhəti əvvəlki günlərə nisbətən yaxşıdır: «Bəzən ağrılar olur. Qolumda keyimə var. Qolum tam qalxmır. Rayona gələndən mənimlə heç bir əlaqə saxlanmayıb. Bəlkə də bayrama görə əlaqə saxlamırlar, bir yenilik olsa, məlumat verərdilər».


Bu il martın 13-də Aqil Xəlil naməlum şəxslər tərəfindən bıçaqlanıb. Jurnalistin üzərində cərrahiyyə əməliyyatı aparılıb. O, bir müddət Kliniki Tibbi Mərkəzdə müalicə aldıqdan sonra evə buraxılıb. Hazırda A.Xəlil anadan olduğu Kürdəmir şəhərində ev şəratində müalicəsini davam etdirir.


Jurnalistin bıçaqlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İşin istintaqını Bakı Şəhər Baş Polis İdarəsi aparırdı.


XS
SM
MD
LG