Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:49

Həmməruzəçilərin hesabatı: vəziyyət pisləşib


Andres Herkel və Yevgeniya Jivkova bu ilin fevralında Azərbaycanda olub
Andres Herkel və Yevgeniya Jivkova bu ilin fevralında Azərbaycanda olub

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri hesabatlarını açıqlayıblar. Sənəddə Azərbaycanda siyasi məhbusların qaldığı, söz azadlığı sahəsində vəziyyətin pisləşdiyi deyilir. Seçki ilində qanunlara dəyişikliklərin vacib olduğu bildirilir.


Həmməruzəçilər üç məsələyə diqqət etdiklərini deyirlər: İnsan haqları, xüsusilə söz azadlığının qorunması, siyasi məhbuslar və bu məsələylə bağlı məruzəçinin təyin olunması ehtimalı və prezident seçkisinə hazırlıq. Həmməruzəçilər Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin daha da pisləşdiyini bildirirlər. Jurnalistlərə qarşı məhkəmə işlərinin, sanksiyaların, həbslərin əvvəlki illərlə müqayisədə artdığını qeyd edirlər.


Sərbəst toplaşmaq azadlığından danışan həmməruzəçilər Azərbaycanda aksiyalara icazə verilmədiyin, aksiyaların dağıdıldığını, iştirakçıların həbsini xatırladır. Həmməruzəçilər ümid edirlər ki, Azərbaycan parlamenti «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişikliyi qəbul edəcək. Seçki ilində bunun xüsusilə vacib olduğu bildirilir.


Hesabatda Azərbaycanda siyasi məhbusların qaldığı, bunun cəmiyyətdə qorxu və gərginlik yaratdığı deyilir. Prezidentdən bəzi məhbusların azad olunmasını istədiklərini, əksinə az sonra daha bir jurnalist - Qənimət Zahidin həbs olunduğunu deyirlər.


Həmməruzəçilər Seçki Məcəlləsinə dəyişikliklərin vacib olduğunu vurğulayır, bəzi məsələlərin (namizədlərin qeydiyyatı, onlara mediada bərabər təbliğat imkanlarının yaradılması və s.) onları narahat etdiyini bildirirlər.


Həmməruzəçilər Azərbaycan hökumətinin islahatlarını alqışlasa da, rəsmiləri qanuna yox, qanunun icrasına diqqət etməyə çağırırlar.


AŞ PA həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova bu ilin fevralında Azərbaycanda olub. Hesabat səfərdən sonra hazırlanıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG