Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

İran mövqeyini dəyişdi


Martın 14-də keçirilmiş səsvermədə Tehran iştirak etməmişdi
Martın 14-də keçirilmiş səsvermədə Tehran iştirak etməmişdi

İran BMT Baş Assambleyasında qəbul olunmuş «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət haqqında» qətnamə ilə bağlı fikrini dəyişib.


Martın 14-də keçirilmiş səsvermədə Tehran iştirak etməmişdi.


Lakin sonradan İran diplomatları BMT-yə müraciət edərək, qətnamənin lehinə olduqlarını bildiriblər.


Bu barədə «Azadlıq» radiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim məlumat verib: «İranın BMT-dəki nümayəndəliyi təşkilatın katibliyinə müraciət edərək bildirib ki, onlar qətnamənin lehinə səs vermək əzmində olublar».


Bununla belə, XİN rəsmisi deyib ki, İranın fikrini dəyişməsi «rəsmi olaraq səsvermənin nəticəsinə təsir etmir». Buna görə də, Bakı ümid edir ki, gələcək səsvermələr zamanı Tehran mövqeyini vaxtında bildirəcək və həmin səs hesaba alınacaq.


«Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» adlı qətnamə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Sənəd işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün şərait yaradılmasını əks etdirir.


BMT Baş Assambleyasında martın 14-də qəbul edilən bu qətnamənin lehinə 39, əleyhinə 7 ölkə səs verib, 100-ə yaxın ölkə isə bitərəf qalıb.


XS
SM
MD
LG