Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:51

«NATO ilə əməkdaşlıq MDB-nin prinsiplərinə ziddir»


«Birlik ölkələri öz ərazilərində azad ticarət zonasının yaradılmasını tezləşdirməlidirlər»
«Birlik ölkələri öz ərazilərində azad ticarət zonasının yaradılmasını tezləşdirməlidirlər»

«Elə etmək lazımdır ki, Azərbaycanın NATO və digər bloklarla fəal əməkdaşlığı MDB daxilindəki əməkdaşlıq prinsiplərini pozmasın». Bunu «Azadlıq» radiosuna müsahibəsində Bakıda səfərdə olan MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.


O, deyib ki, hazırda «belə bir təhlükə» yoxdur. Amma bəzi MDB ölkələrinin NATO ilə məsələn, təhlükəsizlik və kəşfiyyat sahəsində fəal yaxınlaşması birlik daxilində təhlükələri artıra bilər.


İcraçı katib xatırladıb ki, MDB ölkələrinin 1992-ci ildə imzaladığı Alma-ata sazişi 2000-ci ildə təzələnib. Bu sənədə görə, MDB üzvlərinin kəşfiyyat idarələri bir-birinə qarşı işləməyəcəklərini boyunlarına götürüblər.


Lebedev deyir ki, Rusiya də kəşfiyyat işində NATO ilə əməkdaşlıq edir: «Lakin bu əməkdaşlıq MBD ölkələrilə olduğu kimi, açıq və dərin deyil».


MDB-nin icraçı katibi onu da bildirir ki, birlik ölkələri öz ərazilərində azad ticarət zonasının yaradılmasını tezləşdirməlidirlər. Aprelin 4-də MDB İqtisadi Şurasının iclasında bu məsələ müzakirəyə çıxarılacaq:


«Prezident İlham Əliyevlə görüşdə ticarət sahəsində MDB dövlətlərinin bir-birinə daha yaxınlaşmasını xüsusi müzakirə etdik. Çünki birliyin gələcəyi iqtisadi əməkdaşlığın dərinləşməsindən, sabitliyin və təhlükəsizliyin təminindən ibarətdir. MDB-də istehsal olunan bir çox məhsullar Qərb bazarına çıxa bilmir. Lakin birlik daxilində istehsal olunan məhsullara qarşılıqlı ehtiyac var. Ən yaxın məqsədimiz azad ticarət zonasının yaradılması işinin başa çatdırılması və onun Dünya Ticarət Təşkilatının normalarına uyğun təkmilləşdirilməsidir. Bu, ölkələrimizin iqtisadi maraqlarına cavab verəcək yoldur».


Lebedev onu da deyib ki, GUAM ölkələri MDB çərçivəsində də fəal əməkdaşlıq etməlidirlər, belə ki, bu iki təşkilatı paralel adlandırmaq doğru deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG