Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 05:05

«Bazarlarda 170 adda keyfiyyətsiz mal aşkar olunub»


«Bu, cəmi bir neçə yoxlamanın nəticəsidir»
«Bu, cəmi bir neçə yoxlamanın nəticəsidir»

«Bakı bazarlarında 170 adda keyfiyyətsiz mal aşkar olunub». Bu barədə İqtisadi İnkişaf naziri Heydər Babayev məlumat verib. Nazir deyib ki, bunlar əsasən ərzaq məhsullarıdır: «Bu, cəmi bir neçə yoxlamanın nəticəsidir. Amma bizim əsas məqsədimiz keyfiyyətsiz malların aşkarlanması ilə yanaşı, onların bir daha bazarda olmamasıdır. Monitorinqlərimiz göstərir ki, ən azından Bakı və onun ətrafında müəyyən nizam-intizam var».


Babayev onu da deyib ki, istehlakçıların pozulan hüquqları təkcə ərzaq malları ilə məhdudlaşmır. Digər xidmətlərdə də «dəhşətli hallar» mövcuddur və onların qarşısı alınmalıdır: «Məsələn, kommunal sahədə. Əhaliyə stabil olaraq elektrik enerjisinin, suyun verilməsi vacibdir. Əgər siz bir xidmətin haqqını ödəyirsinizsə, onda tam haqlı olaraq onun keyfiyyətli verilməsini də tələb etməlisiniz».


H.Babayev onu da deyib ki, son vaxtlar ölkədə qazdan zəhərlənmə hallarının artması istifadə olunan alətlərin keyfiyyətsizliyi ilə bağlı idi: «İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin monitorinqləri nəticəsində onlar satışdan çıxarılıb».


Hazırda İqtisadi İnkişaf Nazirliyi Novruz bayramı ərəfəsində bazarlarda süni qiymət artımının monitorinqini aparır.


Nazir onu da deyib ki, sahibkarlara cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlı Milli Məclisə müraciət edəcəklər. Belə ki, bu vaxta kimi tətbiq olunan cərimələrin ümumi məbləğı 145 min manata yaxındır.


Babayevin fikrincə, bu, çox aşağı rəqəmdir. Belə ki, bəzən sahibkarlar cəzanı ödəməklə özlərini məsuliyyətdən kənar saxlamağa təşəbbüs edirlər.


XS
SM
MD
LG