Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Torpaqlar azad edilməli, köçkünlər öz yurdlarına qayıtmalıdır


Minsk qrupu ölkələri qətnamə layihəsinin əleyhinə səs veriblər
Minsk qrupu ölkələri qətnamə layihəsinin əleyhinə səs veriblər
Martın 14-də BMT-nin Baş Assambleyası «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» məsələsini müzakirə edib.

Müzakirələrdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev çıxış edib, BMT-yə üzv dövlətləri məsələ ilə bağlı Azərbaycanın təqdim etdiyi qətnamə layihəsini dəstəkləməyə çağırıb.


İşğal edilmiş ərazilərlə bağlı 9 bənddən ibarət qətnamə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Sənəd işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün şərait yaradılmasını əks etdirir.


Müzakirələrdə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Alexandro Vulf ATƏT-in Minsk qrupunun həmsədr ölkələri adından çıxış edib. O bildirib ki, Minsk qrupu ölkələri qətnamə layihəsinin əleyhinə səs verəcək.


İslam Konfransı Təşkilatının mövqeyini ifadə edən Pakistan nümayəndəsi, GUAM dövlətləri adından danışan Ukrayna nümayəndəsi, habelə Türkiyə və Uqanda təmsilçiləri Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, layihəni dəstəkləməyə çağırıblar.


Müzakirələrin sonunda keçirilən səsvermə 39 lehinə, 7 əleyhinə, 100 bitərəf səslə nəticələnib. Beləliklə, BMT-nin Baş Assambleyası «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» barədə qətnaməni qəbul edib.


Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası bu vaxta kimi 4 qətnamə qəbul edib. Lakin onların heç biri həyata keçirilməyib. / AzərTAc /


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG