Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

AŞ PA Azərbaycana vaxt qoyub?


Məsələ martın 13-də AŞ PA Bürosunun Parisdə keçirilən iclasında müzakirə olunub
Məsələ martın 13-də AŞ PA Bürosunun Parisdə keçirilən iclasında müzakirə olunub

«Həbsdəki jurnalistlər azad edilməsə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyun sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçi təyin olunacaq».


Bunu «Azadlıq» radiosuna hüquq müdafiəçisi Arzu Abdullayeva deyib.


Martın 13-də AŞ PA Bürosunun Parisdə keçirilən iclasında bu məsələ müzakirə olunub.


Arzu Abdullayeva: «Müzakirə çox gərgin keçib. Hamı razılaşıb ki, xüsusi məruzəçi lazımdır. Amma bizim iqtidar bəyan edib ki, Novruz bayramı ilə əlaqədar əfv gözlənir, Heydər Əliyevin 85 illiyi ilə bağlı amnistiya ola bilər. Ola bilsin ki, məhkəmə qərar çıxarsın ki, həbs olunmuş jurnalistlər azad olunur».


Hüquq müdafiəçisi deyir ki, buna görə məruzəçi hələlik təsdiq olunmayıb: «Ancaq qərara alınıb ki, əgər jurnalistlər, həmçinin siyasi məhbuslar, birinci növbədə isə xəstə siyasi məhbuslar azad edilməsə, iyun sessiyasında xüsusi məruzəçi təsdiqlənəcək. Artıq onun adı da bəllidir. Bu, AŞ PA-nın məşhur deputatı, Hüquq və İnsan Haqları Komitəsinin keçmiş sədri Dik Martidir. Marti Quantanamo məsələsi ilə bağlı da məruzəçi olub».


Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə deyilənləri təkzib edir: «Mən təəssüf edirəm ki, Arzu Abdullayeva həmin iclasda iştirak etmədən belə bir məlumat yayır. Bu, tamamilə həqiqətə uyğun olmayan bir məsələdir. Dik Martinin nə adı, nə də namizədliyi Büronun iclasında müzakirə olunmayıb».


Seyidov deyir ki, Büronun iclasında qərara alınıb ki, məhbuslar məsələsinin yalnız Monitorinq Komitəsində araşdırılması daha yaxşıdır: «Bu məsələyə biz nə aprel, nə də iyun sessiyasında deyil, Monitorinq Komitəsində baxacağıq».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG