Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:23

İnternetin artan əhəmiyyəti hakimiyyəti narahat edir


«Onlar bunu gərək 10 il əvvəl edəydilər»
«Onlar bunu gərək 10 il əvvəl edəydilər»

Vladimir Putinin hakimiyyəti dövründə ənənəvi media üzərində senzura güclənsə də, internet rusiyalılar üçün azad fikri ifadə etməyin yeganə vasitəsi kimi qalmağı bacardı. Jurnalist bloqları və canlı söhbətləşmə otaqları ilə birlikdə internet 21-ci əsrdə sovet dövrünün «samizdat»ını və mətbəx masası ətrafında aparılan siyasi müzakirələri xatırladır. Ancaq son hadisələr azad medianın bu son vasitəsinin də hökumətin nəzarəti altına alınması təhlükəsindən xəbər verir.


Moskvadakı Ekstremal Vəziyyətlərdə Jurnalistika Mərkəzinin rəhbəri Oleq Panfilov deyir ki, internetin artan əhəmiyyəti Rusiya hakimiyyətini narahat edir:


«Onlar internetdən qorxurlar. Bu qorxu təxminən dörd il əvvəl, Kreml «narıncı inqilab» zamanı internetin əsas informasiya mənbəyi olduğunu gördüyü vaxtdan başlayıb».


İnformasiya Texnologiyaları və Kommunikasiyalar Nazirliyinin fevralın 26-da elan etdiyi qərara əsasən, telekommunikasiya şirkətləri və internet provayderləri Federal Təhlükəsizlik Xidmətinin bütün kommunikasiyaları – telefon danışıqlarını, sms və elektron poçt məktublarını maneəsiz izləməsinə icazə verməlidirlər. Özü də dinləmə qurğuları telekommunikasiya şirkətlərinin və internet provayderlərinin hesabına quraşdırılmalıdır. Belə qurğular 100 min dollardan bahadır.


Parlamentin müzakirəsində olan başqa bir qanun layihəsində isə nəzərdə tutulur ki, hökumətin razılığı olmadan internet provayderlərinin səhmlərinin çoxunu əcnəbilərin almasına qadağa qoyulsun.


Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının üzvü Vladimir Slatsker internet saytlarının da qeydiyyatdan keçirilməsini vacib sayır. O, «Kommersant» qəzetinə müsahibəsində deyib ki, «bu yolla məsuliyyətsiz jurnalistlərin şayiələr yaymasının və anonim vebsaytların arxasında gizlənməsinin qarşısını almaq olar».


İnternet saytlarının sayının çoxluğu və bu qədər saytı daim izləməyin qeyri-real olması səbəbindən Panfilov Slatskerin təklif etdiyi bu qanun layihəsinin işləməsini praktiki cəhətdən qeyri-mümkün sayır. Onun fikrincə, hakimiyyətin internetə nəzarət edə biləcəyi vaxt çoxdan arxada qalıb: «Onlar bunu gərək 10 il əvvəl edəydilər. İndi isə bu, qeyri-mümkündür. Artıq kifayət qədər insan peyk xidmətlərindən istifadə etməyin və mobil telefonlarla internetə girməyin yollarına bələddirlər».


Panfilov deyir ki, belə bir şəraitdə Rusiyanı internetdən təcrid etmək mümkün deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG