Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

«Bu çirkin cinayət bizi şoka salır və dəhşətə gətirir»


Xanım Dersi jurnalistlərə qarşı zorakılığın qəbulolunmaz olduğunu bildirib
Xanım Dersi jurnalistlərə qarşı zorakılığın qəbulolunmaz olduğunu bildirib

«Bu cinayəti törədənlər dərhal təqib olunmalı və tapılmalıdırlar. Bu xəbəri eşitmək bizim üçün qorxunc oldu. Bu çirkin cinayət bizi şoka salır və dəhşətə gətirir».


Bunu Amerikanın Azərbaycandakı səfiri Enn Dersi martın 14-də Mərkəzi Klinik Xəstəxanada «Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilə baş çəkdikdən sonra bəyan edib.


Jurnalist martın 13-də axşam saatlarında naməlum şəxslər tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.


Xanım Dersi jurnalistlərə qarşı zorakılığın qəbulolunmaz olduğunu bildirib. Onun fikrincə, həm bu, həm də buna bənzər zorakılıqlar Azərbaycanda səslənən mühüm səslərin susdurulmasına yönəlib. Səfir deyir ki, belə hadisələr ölkədə qorxu mühiti yaradır.


«Mən bilirəm ki, «Azadlığ»ı sevən bütün azərbaycanlılar bizim bu kimi əməllərdən doğan qəzəbimizi və məyusluğumuzu bölüşürlər. Bizim ürəklərimiz bu gəncin və onun ailəsinin yanındadır».


Səfir daha sonra deyib ki, cinayətkarların həbsi və cəzalandırılması Azərbaycanın söz azadlığı və qanunun aliliyini dəstəkləmək niyyətini göstərəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG