Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:17

Enn Ders: «Dost düzünü deyər»


«Jurnalistlərə qarşı zorakı cinayətlər davam edir»
«Jurnalistlərə qarşı zorakı cinayətlər davam edir»

«Təəssüf ki, Azərbaycan üzrə 2007-ci ilin hesabatı insan haqları sahəsində ümumiyyətlə, nəzərəçarpacaq inkişaf əks etdirmir. Bir sıra sahələrdə biz aşkar geriləmələr müşahidə etmişik».


Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders martın 12-də yerli hüquq müdafiəçiləri ilə görüşündə deyib. Onun sözlərinə görə, ən çox narahatçılıq doğuran sahə mətbuat azadlığıdır: «Jurnalistlərə qarşı zorakı cinayətlər davam edir, Elmar Hüseynovun qatilləri də daxil olmaqla bu əməlləri törədənlər cəzasız qalıb. Böhtan maddəsi ilə məhkəmələrin sayı kəskin artıb. Ötən ilin sonu verilən əfv fərmanına baxmayaraq bir neçə jurnalist hələ də məhkumdur».


Səfir deyib ki, xüsusilə seçki ili olduğuna görə, azad toplaşmaq problemi də əsas narahatedici məqamdır: «Dörd insanın ölümü ilə nəticələnən hallar da daxil olmaqla təhlükəsizlik və polisin törətdiyi işgəncələrin sayı artıb. Və nəhayət, mömin müsəlmanlarla bərabər qeydiyyatdan keçməmiş dini qrupların üzləşdiyi təqiblərdən də narahatıq».


Xanım Ders bildirir ki, mətbuat azadlığı, azad toplaşmaq və seçkiqabağı dövrdə siyasi iştirak oktyabr ayında azad və ədalətli seçkinin keçirilməsi üçün həlledici olacaq: «Biz bilirik ki, Azərbaycanın strateji seçimi azadlıq, demokratiya və Avroatlantik inteqrasiyadır. Amma mən ümid edirəm ki, ABŞ Dövlət Departamentinin hesabatı «dost düzünü deyər» ifadəsinə uyğun olaraq konstruktiv tənqid kimi qəbul olunacaq».


Görüşdə iştirak edən Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının rəhbəri Rəbiyyət Aslanova isə deyib ki, hesabat tam reallığı əks etdirmir. Onun sözlərinə görə, Dövlət Departamentinin bu cür sənədləri hazırlamaq metodikası təkmilləşməlidir.


Görüşdə ölkədəki insan haqlarının vəziyyəti barədə müzakirə aparılıb.


ABŞ Dövlət Departamentinin 2007-ci ildə dünya ölkələrində insan haqlarının vəziyyəti ilə bağlı hesabatında Azərbaycan tənqid olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG