Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

«NATO-ya üzvlük müqəddəs vəzifə deyil»


Ekspert hesab edir ki, Azərbaycan NATO ilə bağlı birmənalı fikir deməkdən ehtiyatlanır
Ekspert hesab edir ki, Azərbaycan NATO ilə bağlı birmənalı fikir deməkdən ehtiyatlanır

Bunu «Gün səhər»ə müsahibəsində Konfliktlərin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyib.


Politoloq hazırda Rusiyanın təhlükəsizlik maraqlarının Kreml üçün prioritet olduğunu bildirib: «Dünya kompromis yanaşmanı tələb edir. Rusiyanın bir dövlət olaraq təhlükəsizlik qayğıları var. Onlar da bu şərtlər daxilində öz güzəştlərini ortaya qoyurlar. Rusiyanın Gürcüstanla münasibətlərinin gərginləşməsinin kökündə təhlükəsizlik amilləri dayanır. Gürcüstan NATO-ya doğru addım atır. Buna görə də Abxaziya və Osetiya məsələsinin həllinə Rusiya laqeyd yanaşır, Gürcüstanın addımlarına qarşı əks mövqedən çıxış edir. Azərbaycan isə NATO ilə bağlı birmənalı fikir deməkdən ehtiyatlanır, NATO üzvü olacağına dair bəyanat səsləndirmir, sadəcə, onunla əməkdaşlıq etdiyini deyir. Çünki Rusiya bu məsələyə həssas yanaşır. Əgər Azərbaycan fərqli yanaşma nümayiş etdirsə, Rusiya Dağlıq Qarabağla bağlı hazırda tutduğu loyal mövqeyini dərhal dəyişdirər. Eyni zamanda Xəzər dənizinin dibinin bölünməsinə dair problemlərin də qabarmasının şahidi olarıq».


Moldovanın GUAM-dan çıxma ehtimalına toxunan politoloq deyib: «Moldova GUAM-da qalmaqla nə qazanırdı ki, çıxmaqla nə itirsin?.. GUAM-ı bir təşkilat kimi şişirtmək düzgün deyil. Bu qurumu dörd maraqlı dövlətin klubu kimi nəzərdən keçirmək gərəkdir. Üstəlik, Moldovanın GUAM-da rolu da bir elə əhəmiyyətli deyil. Bu təşkilatın aparıcı qüvvəsi Ukrayna, Gürcüstan və Azərbaycandır».


AXCP sədri Əli Kərimli və partiyanın rəhbərliyi «Azadlıq»ın baş redaktoru Qənimət Zahidin evində olublar. «Azadlıq» qəzeti yazır ki, Əli Kərimli Qənimət Zahidin həbsini birmənalı şəkildə azad sözü susdurmağa cəhd kimi qiymətləndirir: «Qənimət bəyin bu şəkildə - qəddarcasına, hüquqa hörmət eləmədən, Azərbaycan cəmiyyətinə hörmət qoymadan, beynəlxalq ictimaiyyətin mövqeyini nəzərə almadan əsassız şəkildə həbs olunması birmənalı şəkildə azad sözü susdurmaq cəhdidir. Məhkəmə prosesində Qənimət bəyə qarşı irəli sürülən ittihamların əsassız olduğu tam sübuta yetirildi. Mən Qənimət bəyin vəkillərinə təşəkkür edirəm ki, onlar çox savadlı şəkildə öz işlərini qurdular. Baxmayaraq ki, bizlərə əvvəlcədən bəlli idi ki, Qənimət bəyin həbsi bir qurama oyunun tərkib hissəsidir».


Dövlət qəzetləri xəbər verir ki, mərhum prezident Heydər Əliyevin may ayında 85 illik yubileyi rəsmi səviyyədə qeyd olunacaq. İqtidaryönlü «Səs» qəzet yazır ki, «tariximizin taleyüklü hadisələrlə dolu dövrü Heydər Əliyevin adı ilə bağlıdır».


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG