Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Azərbaycan dövlətlərin zəifliyi reytinqində Ermənistandan geridir


Qiymətləndirmələr dörd əsas indikator əsasında aparılıb
Qiymətləndirmələr dörd əsas indikator əsasında aparılıb

Azərbaycan dövlətlərin zəifliyi reytinqində 80-ci yerdə qərarlaşıb.


«Turan»ın məlumatına görə, Vaşinqtonda yerləşən «Brooking Institutions» qeyri-hökumət araşdırmalar mərkəzinin açıqladığı reytinqdə Azərbaycan Gürcüstan və Ermənistandan zəif ölkə kimi xarakterizə edilib. Bu ölkələr reytinqdə müvafiq olaraq 90-cı və 105-ci pillələrdə qərarlaşıblar.


Keçmiş SSRİ ölkələrindən ən pis vəziyyət Türkmənsitan və Özbəkistandadır. Bu ölkələr müvafiq olaraq 35 və 36-cı yerləri tutublar. Tacikistan 42-ci yerdə, Qırğızıstan 73-cü, Belorus 81-ci, Moldova 88-ci, Qazaxıstan 89-cu, Ukrayna 107-ci, Latviya 136-cı, Litva 138-ci yerdədir.


Reytinqdə bütünlükdə 141 ölkə qiymətləndirilib. Qiymətləndirmələr dörd əsas indikator əsasında aparılıb: iqtisadiyyat, siyasət, təhlükəsizlik və sosial sahədə vəziyyət.


Reytinq müəlliflərinin versiyasına görə, ən zəif dövlətlərin ilk onluğuna Somali, Əfqanıstan, Konqo, İraq, Burundi, Sudan, Mərkəzi Afrika Respublikası, Zimbabve, Liberiya və Kot D'İvuar daxildir.


Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkəndə dövlətçilik günü-gündən möhkəmlənir və güclənir.


Vaşinqtonda yerləşən «Brooking Institutions»a ABŞ Dövlət katibinin sabiq müavini Strob Telbot rəhbərlik edir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG