Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:27

Metyu Brayza Ermənistanda təəssüflənib


Amerikalı diplomat hakimiyyəti fövqəladə vəziyyət rejimini aradan qaldırmağa çağırıb
Amerikalı diplomat hakimiyyəti fövqəladə vəziyyət rejimini aradan qaldırmağa çağırıb

ABŞ-ın dövlət katibi müavininin köməkçisi Metyu Brayza Ermənistan hökumətini tənqid edib. Cənab Brayza deyib ki, hökumətin müxalifətin aksiyasını güclə dağıtması təəssüf doğurur. Amerikalı diplomat hakimiyyəti fövqəladə vəziyyət rejimini aradan qaldırmağa çağırıb.


Bu arada Ermənistanda daha iki müxalifətçi həbs olunub. İki deputat və müxalifət qəzetlərindən birinin baş redaktoru axtarışdadır. Onlar hakimiyyəti zorla ələ keçirməyə cəhddə günahlandırılırlar.


Prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətin fasiləsiz aksiyaları martın 1-də dağıdılıb. Nəticədə 8 nəfər ölüb. Bundan sonra Ermənistanda 20 günlük fövqəladə vəziyyət elan edilib. Respublikanın Konstitusiya məhkəməsi isə müxalifət lideri Levon Ter-Petrosyanın şikayətini təmin etməyib və seçkilərdə baş nazir Serj Sarkisyanın qalib gəldiyini təsdiqləyib.


XS
SM
MD
LG