Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:17

Jurnalistlər Avropa Şurasının Ofisi qarşısında piketə cəhd ediblər


Bir qrup jurnalist aksiya keçirməyə cəhd edib
Bir qrup jurnalist aksiya keçirməyə cəhd edib

Martın 11-də saat 15: 00- da Avropa Şurasının Bakıdakı Ofisi qarşısında bir qrup jurnalist «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə etiraz olaraq aksiya keçirməyə cəhd edib. Əllərində Q.Zahidin şəkillərini tutan aksiyaçılar Ofisin rəhbərliyi ilə görüş tələb ediblər. Bundan sonra hadisə yerinə gələn polis şəkilləri cırıb, üç nəfər piketçini isə saxlayaraq polis bölməsinə aparıb. Saxlanan «Bizim yol» qəzetinin əməkdaşları Natiq Cavadlı və Elçin Rüstəmli, həmçinin «Gənc Türklər» Hərəkatının fəalı Əbülfəz Qurbanlı bir saat sonra sərbəst buraxılıb.


Daha sonra Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Denis Bribosia bir qrup aksiyaçını görüşə dəvət edib.


Görüşdən çıxandan sonra Bribosia jurnalistlərə deyib ki, Avropa Şurası azad sözü həmişə müdafiə edib. O, görüş haqda qurumun Baş katibinə məlumat veriləcəyini bildirib. «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə deyib ki, görüşdən razı qalıblar.




«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ötən həftə dörd il müddətinə həbs edilib.






XS
SM
MD
LG