Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

XİN Amerika və Norveç səfirliklərini ittiham edir


XİN rəsmisi deyib ki, səfirliklərin belə davranışları «ikili standartın təzahürüdür»
XİN rəsmisi deyib ki, səfirliklərin belə davranışları «ikili standartın təzahürüdür»

Amerika və Norveç səfirliklərinin jurnalist Qənimət Zahidin həbsi ilə bağlı etiraz bəyanatları Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) təəssüf doğurub.


Bunu XİN mətbuat katibi Xəzər İbrahim martın 11-də ənənəvi mətbuat konfransında bildirib.


Hər iki səfirlik martın 7-də «Azadlıq» qəzetinin baş redaktoruna 4 il həbs cəzasının kəsilməsini pisləyiblər.


X.İbrahim: «Çox əfsuslar ki, səfirliklər bu kimi bəyanatlar verirlər. Çünki qonşu Ermənistanda baş verən hadisələrə münasibətdə həmin dövlətlərin mövqeyi çox yumşaq və qeyri-müvafiq olmuşdu. Belə halı nəzərə alaraq Azərbaycanda baş verən hadisəyə bu kimi sərt reaksiyanın verilməsini biz başa düşmürük. Ona görə də çox təəssüflənirik. Ümidvarıq ki, bundan sonra bu kimi hallar təkrarlanmayacaq».


XİN rəsmisi onu da deyib ki, xarici siyasət baxımından səfirliklərin belə davranışları «ikili standartın təzahürüdür».


Məsələyə münasibət bildirən Amerika səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna açıqlamasında Azərbaycan tərəfini öz vətəndaşlarının insan haqlarına münasibətdə bəhanə axtarmamağa çağırıb:


«Təbii ki, Ermənistandakı seçkilərdə problemlər var və biz o prosesi hələ təhlil edirik. Səhv etmirəmsə, ATƏT iki ay sonra hesabatını açıqlayacaq. Amma bunun Qənimətin həbs edilməsi ilə heç bir əlaqəsini görmürəm. Əgər orada demokratiyaya gedən yolda problemlər varsa, bu, Azərbaycanın öz vətəndaşlarının insan hüquqlarına hörmət göstərməməsi üçün bəhanə olmamalıdır».


«Azadlıq» qəzetini baş redaktoru Qənimət Zahidi xuliqanlıqda təqsirləndirən məhkəmə onu dörd azadlıqdan məhrum edib. Jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyib. Beynəlxalq təşkilatlar hakimiyyətdən onunla yanaşı Azərbaycanda həbsdə olan digər jurnalistlərin də dərhal azadlığa buraxılmasını tələb edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG