Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Jurnalistləri Müdafiə Komitəsi Qənimət Zahidin dərhal azadlığa buraxılmasını istəyir


Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Qənimət Zahidin dərhal azadlığa buraxılmasını istəyir. Komitənin icracı direktoru Coel Saymon deyib ki, Q.Zahidin məhkəməsi ədalətin imitasiyası idi, onu xuliqanlıqda ittiham ediblər ki, müstəqil jurnalist kimi susdursunlar: «Biz Apellyasiya Məhkəməsinə müraciət edirik ki, hökmü dəyişdirsin».


Ötən həftə «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid 4 il müddətinə azadlıqdan məhrum edilib. O, xuliqanlıq və bədənə xəsarət yetirməkdə ittiham olunub.


XS
SM
MD
LG