Martın 9-da Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində atəşkəs yenə pozulub. Müdafiə Nazirliyindən «Azadlıq» radiosuna daxil olan məlumatda deyilir ki, Füzuli rayonu ərazisində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun bir əsgəri həlak olub, biri yaralanıb. Cavab atəşilə qarşı tərəfdən bir əsgərin öldürüldüyü xəbər verilir.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, hospitalda yerləşdirilən əsgərin vəziyyəti normaldır. O, Tərtər rayonunun Çiləbürt, Qızıl oba, Seysulan kəndləri istiqamətində atışmanın gecəyarısına kimi davam etdiyini deyib.
Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi 1994-cü ildə imzalanıb.