Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Azərbaycanın iki dinc sakininin qətlə yetirilməsi barədə xəbərlər var


Ağdam istiqamətində atəşkəsin yenidən pozması barədə məlumat yayılıb
Ağdam istiqamətində atəşkəsin yenidən pozması barədə məlumat yayılıb

APA İnformasiya Agentliyi erməni silahlı qüvvələrinin Ağdam rayonu istiqamətində atəşkəsi yenidən pozması barədə məlumat yayıb. Həmin xəbərə görə, martın 8-də təmas xəttinin yaxınlığında yerləşən Əfətli kəndinin dinc sakinlərindən ikisi öldürülüb, daha ikisi isə yaralanıb.


ANSPRESS Agentliyi də yazır ki, martın 8-i axşam saat 19.00-da Əfətli kənd sakini Niyaməddin İsmayılov işğal altında olan Yusifcanlı kəndindən açılan atəş nəticəsində həlak olub. Hadisə yerinə yaxınlaşmaq istəyən N.İsmayılovun dayısı Etibar Mikayılov da öldürülüb. N.İsmayılovun atası və əmisi isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətin ağır olduğu deyilir.


Bərdə Rayon Mərkəzi Xəstəxanasından «Azadlıq» radiosuna verilən məlumata görə, martın 9-u səhər onlara erməni gülləsindən yaralanan bir nəfər gətirilib. Qolundan yaralanan həmin şəxsin vəziyyəti hazırda yaxşıdır.


Azərbaycan Respublikası Müdafiə Nazirliyindən hadisə ilə bağlı məlumat almaq mümkün olmayıb.


Ötən həftə atəşkəsin pozulması nəticəsində həm Ermənistan, həm də Azərbaycan tərəfdən ölən və yaralananlar olub.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG