Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 22:57

Həmsədrlər mümkün qədər tez sülh sazişi layihəsi hazırlamağa çağırırlar


Həmsədrlər bir daha münaqişənin hərbi həll yolu olmadığını təkrar ediblər
Həmsədrlər bir daha münaqişənin hərbi həll yolu olmadığını təkrar ediblər
ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı birgə bəyanat veriblər.

Bəyanatda deyilir: «ATƏT-in Minsk qrupu martın 4-də cəbhə xəttində insan tələfatı ilə nəticələnən hadisələrdən təəssüfləndiyini bəyan edir. Həmsədrlər tərəfləri təmas xəttində etimadı bərpa etməyə, gələcək qarşıdurmadan, zorakılığın qızışdırılması və hərbi ritorikadan çəkinməyə çağırırlar».


Həmsədrlər bir daha bu münaqişənin hərbi həll yolu olmadığını təkrar ediblər: «Düşmənçiliyin qızışması bütün regionda sabitliyi poza, münaqişəyə cəlb olunmuş tərəflər üçün ağır nəticələri ola bilər»


Həmsədrlər Ermənistan və Azərbaycanı 2007-ci ilin noyabrında Madriddə tərəflərə təqdim etdikləri Baza Prinsiplərini dəstəkləməyə və mümkün qədər tez həmin prinsiplər əsasında sülh sazişi layihəsi hazırlamağa çağırırlar.


Həmsədrlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Dağlıq Qarabağın statusunun isə danışıqlar predmeti olduğunu bəyan edirlər.


XS
SM
MD
LG