Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Naxçıvanda internet-klublara işləməyə icazə verilib


Muxtar Respublikada internet-klublar bu il fevralın 29-da bağlanmışdı
Muxtar Respublikada internet-klublar bu il fevralın 29-da bağlanmışdı

Martın 6-da yerli hakimiyyət orqanlarından internet-klublara bildiriblər ki, artıq işləyə bilərlər.


Bunu həmin klublardan Naxçıvandakı müxbirimizə deyiblər. Amma bu icazənin verilməsinə nəyin səbəb olduğu onlara izah edilməyib.


Hazırda Naxçıvanda internet-klublar fəaliyyətlərini bərpa etməkdədirlər.


Muxtar Respublikada internet-klublar bu il fevralın 29-da bağlanmışdı. O zaman internet-klubların sahibləri «Azadlıq» radiosunun müxbirinə bildirmişdilər ki, hakimiyyət nümayəndələri bu qadağanı gənclərin seksual xarakterli saytlara baxmasının qarşısını almaq istəkləri ilə izah ediblər.


XS
SM
MD
LG