Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:12

«Əgər özü qazanmayıbsa, böyük pul insanı korlayır»


Milyarder investor Vorren Buffet, 11 dekabr 2007
Milyarder investor Vorren Buffet, 11 dekabr 2007

Dünyanın ən varlı adamı kimdir? «Forbes» jurnalının son cavabına görə, amerikalı investor Vorren Buffet. Onun var-dövləti 62 milyard dollardır. Buffet son bir ildə 10 milyard dollar qazanıb.


13 il idi ki, dünyanın ən varlı adamı «Microsoft» şirkətinin yaradıcısı Bill Qeyts hesab olunurdu. Bu ilki siyahıda o, üçüncü yerdə qərarlaşıb. Qeytsin 58 milyard dolları var.


İkinci yerdə olanı isə bəzi başqa mənbələr, məsələn, internet ensiklopediyası olan «Vikipedia» hətta dünyanın ən varlı adamı hesab edir. Bu, meksikalı Karlos Slimdir. Onun əsl adı Səlimdir, livanlı maronit xristiandır. Meksikaya köçəndən sonra orada telekommunikasiya şirkəti yaradıb. Slimin var-dövləti 60 milyard dollardır.


Dördüncü yerdə yenə də bir sıra başqa mənbələrin dünyanın ən varlı adamı hesab etdiyi hindistanlı Lakşmi Mittaldır. O, polad kralıdır.


«Forbes»lə başqa mənbələrin ən varlı adam hesab etdiklərində fərq isə ondan yaranır ki, bu şəxslərin var-dövlətinin böyük bir hissəsi şirkətlərdəki paylardadır. Səhmlərin qiyməti düşüb-qalxanda onların var-dövlətinin qiymətləndirilməsi də dəyişir.



«Azərbaycanda milyardçı varmı», - sualına isə ekspert müsbət cavab verir. Onun sözlərinə görə, bunlar iqtisadiyyatı tənzimləyən vəzifəli şəxslərdir ki, onlara bizneslə məşğul olmaq əslində qadağandır

Birinci yerə çıxan Buffet haqda isə onu deyək ki, atası birjada makler olub. Buffet ilk dəfə qiymətli kağız alıb-satmağa 11 yaşında başlayıb. İlk vergi deklarasiyasını 13 yaşında doldurub. 1965-ci ildə yeddi dostu ilə birlikdə hərəyə 15 min dollar qoyub, investisiyalara başlayıblar. Həmin 105 min dollar 40 ildən sonra təkcə Buffetə 62 milyard dollar qazandırıb. Buffet öz xeyriyyəçiliyi ilə də məşhurdur. O, iki il əvvəl Bill və Melinda Qeytslərin xeyriyyə fonduna 31 milyard dollar verib.


Bill Qeytsin özü isə həmin fonda bütün var-dövlətini vəsiyyət edib, hər uşağına cəmi 10 milyon dollar saxlayıb. Onun izahı belədir ki, əgər özü qazanmayıbsa, böyük pul insanı korlayır.


Burda adı çəkilənlərin hamısı sıfırdan başlayanlardır. Heç birinə milyonlar miras qalmayıb.


«Forbes»un siyahısında ən gənc milyardçı isə 23 yaşlı Mark Zuckerberqdir. Onun 1 milyard yarım pulu var.


Bəs siyahıda Azərbaycandan olanlar niyə yoxdur?


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Azər Mehtiyev deyir ki, bu siyahı rəsmi məlumatlara əsaslanır. Azərbaycanda isə öz var-dövləti haqda rəsmi məlumatı hətta biznesmen belə vermək istəmir, nəinki başqa sahələrin adamları.


«Azərbaycanda milyardçı varmı», - sualına isə ekspert müsbət cavab verir. Onun sözlərinə görə, bunlar iqtisadiyyatı tənzimləyən vəzifəli şəxslərdir ki, onlara bizneslə məşğul olmaq əslində qadağandır.


XS
SM
MD
LG