Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

«Azərbaycanın Kosovodakı əsgərlərini geri çağırması müzakirə olunmalıdır»


Cənab Lello deyir ki, Azərbaycan tərəfi arqumentlərini «aydın təhlil etməlidir»
Cənab Lello deyir ki, Azərbaycan tərəfi arqumentlərini «aydın təhlil etməlidir»

«Azərbaycanın Kosovodakı əsgərlərini geri çağırması müzakirə olunmalıdır». Bunu Bakıya səfərə gələn NATO Parlament Assambleyasının (PA) prezidenti Joze Lello «Azadlıq» radiosuna müsahibəsində bildirib: «Azərbaycanın Əfqanıstandakı əsgərlərinin sayını artırması alqışlanası haldır. Amma mən Kosovo ilə bağlı Azərbaycanın qərarının oradakı situasiyaya adekvat olduğunu deyə bilmərəm».


Bu məsələ martın 6-də Bakıda başlayacaq NATO PA-nın «Rouz-Rout» seminarında da diqqətdə saxlanılacaq.


Martın 4-də Azərbaycan parlamenti Kosovodakı 37 sülhməramlını geri çağırmaq barədə qərar qəbul edib. Bakı bu addımını bölgədə siyasi vəziyyətin dəyişməsi ilə izah edir.


Cənab Lello deyir ki, Azərbaycan tərəfi arqumentlərini «aydın təhlil etməlidir». Belə ki, Kosovonun müstəqilliyini elan etməsinin Qarabağ münaqişəsi üçün presedent yaradacını düşünmək düzgün olmazdı: «Bunlar fərqli münaqişələr olduğundan burada eyni prinsiplərin tətbiq edilməsi mümkün deyil».


Martın 5-də J.Lello Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov və XİN rəhbəri Elmar Məmmədyarovla görüşüb və NATO-nun Azərbaycanla münasibətlərini müzakirə edib.


NATO PA prezidenti bildirib ki, Qarabağ probleminin beynəlxalq hüquq normalarına müvafiq şəkildə nizamlanacağından əmindirlər.


NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons isə martın 5-də Moskvada bəyan edib ki, təşkilat Azərbaycanın Kosovodakı sülhməramlı qüvvələrini geri çağırmaq qərarından təəssüflənir. Robert Simmons martın 6-da Bakıya gələcək.


Beynəlxalq anti-terror koalisiyasının üzvü olan Azərbaycan indiyə qədər öz sülhməramlılarını Əfqanıstan, Kosovo və İraqa göndərmişdi. 2007-ci ilin sonunda Azərbaycan parlamenti Əfqanıstanda qulluq edən əsgərlərin sayını 22 nəfərdən 44 nəfərə çatdırmışdı.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG