Keçid linkləri

2025, 18 İyul, Cümə, Bakı vaxtı 23:13

Səfər Əbiyev: «Cəbhədə vəziyyət getdikcə gərginləşir»


«Cəbhədə vəziyyət getdikcə gərginləşir. İntensiv şəkildə atəşkəsin ermənilər tərəfindən pozulması hər iki tərəfdən itkilərə şərait yaradır».


Martın 5-də Müdafiə naziri Səfər Əbiyev NATO Parlament Assambleyasının prezidenti Coze Lello ilə görüşündə belə deyib.


Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Əbiyev deyib ki, beynəlxalq təşkilatlar, o cümlədən NATO Parlament Assambleyası öz imkanlarından istifadə edərək münaqişənin həll edilməsi istiqamətində səylərini artırmalıdır: «Əks təqdirdə vəziyyət daha kəskin həddə çata bilər, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün daha sərt üsullardan istifadə edər».


XS
SM
MD
LG