Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:08

Bayram ərəfəsi qiymətlər bahalaşıb


«Belə şey olar, qoz ləpəsi 12 manat, fındıq 10 manat…»
«Belə şey olar, qoz ləpəsi 12 manat, fındıq 10 manat…»

Novruz bayramına iki həftə qalsa da, artıq hazırlıqlar başlayıb. Ancaq bayramqabağı qiymətlər çoxunun ürəyincə deyil. Şəkərbura, paxlava üçün lazım olan əsas çərəzlərin – qozun, findığın, badamın ləpəsi 12-15 manat arasındadır. Vəli kişi deyir ki, bazara gəldiyinə peşman olub: «Belə şey olar, qoz ləpəsi 12 manat, fındıq 10 manat…»


Satıcılar isə deyirlər ki, qiymət artımı onlardan asılı deyil. Bayram gəlirsə, bahalaşma adi hala çevrilir.


Bazarda göyərti satan Naibə isə deyir ki, alıcıları yaxşı başa düşür: «Mən də hələ bayrama hazırlaşa bilməmişəm. Ona görə ki, hər şeyin qiyməti bahadır. Mən nə qədər göyərti satam ki, heç nə yox, bir kilo ət ala biləm».


Bu arada unun da qiyməti təzəlikcə qalxıb. Un satanlar bunu bayram şirniyyatlarının bişirilməsində una olan təlabatla izah edirlər. Deyirlər ki, bundan həm də işbazlar istifadə edir.


İqtisadçılar isə bildirirlər ki, indi qiymətlər o qədər də artmayıb. Ən böyük bahalaşma bayrama 3-4 gün qalmış olacaq. Bəs, bir ailəyə Novruz bayramını qeyd etmək neçəyə başa gəlir? «Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli: «Dörd nəfərlik ortabab azərbaycanlı ailəsinə Novruz bayramı 200-250 manata başa gələcək».


Kənd Təsərrüfatı Nazirliyindənsə deyirlər ki, bayramqabağı bahalaşmanı onlar da gözləyirlər. Ancaq bunun qarşısını nisbətən almaq üçün Novruz bayramı ərəfəsində kənd təsərrüfatı yarmarkalarının artırılmasını planlaşdırırlar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG