Keçid linkləri

2024, 25 İyul, Cümə axşamı, Bakı vaxtı 05:05

İnternet-klubların bağlanmasında işbaz məmurların əli olduğu bildirilir


Naxçıvanda internet-klubların bağlanmasından bir həftəyə yaxın vaxt ötür
Naxçıvanda internet-klubların bağlanmasından bir həftəyə yaxın vaxt ötür

Naxçıvanda internet-klubların bağlanmasından bir həftəyə yaxın vaxt ötsə də, rəsmilərdən həmin obyektlərin hansı səbəbdən qapadılması haqda dəqiq məlumat əldə etmək mümkün deyil. Klub sahiblərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, bağlamaq üçün qeyri-rəsmi göstəriş olduğundan onların özləri də çıxılmaz vəziyyətdə qalıblar.


Sahibkarlar deyirlər ki, yenə də qeyri-rəsmi səbəb kimi klublarda lazımsız veb səhifələrdən istifadə göstərilib. Ancaq onlar yerli hakimiyyət nümayəndələrinin klubları bağlamaq üçün belə səbəb göstərmələrini qeyri-ciddi hesab edirlər. Əvvəla, ona görə ki, klublardakı kompyuterlərə xüsusi proqramlar yüklənib və həmin proqramların vasitəsi ilə lazımsız veb səhifələrə girişlər məhdudlaşdırılır. Digər tərəfdən, əgər belə faktlar mövcud idisə, aidiyyatı orqanlar internet-klublarında yoxlamalar aparıb, mənfi hal aşkarlanan obyektlər barədə tədbirlər görə bilərdilər. Heç bir yoxlama və ya monitorinq aparmadan bir-iki klub istisna olmaqla hamısının bağlanması ortada başqa versiyaların da olduğundan xəbər verir. Bura yerli əhalinin məlumat almaq imkanları da daxildir. Bunu sahibkarlar deyirlər. Üstəlik, onu da bildirirlər ki, onsuz da dərs saatlarında, yəni səhər saat 9-dan 16-00-dək internet-klublarına şagird və tələbələrin girişinə məhdudiyyətlər qoyulub.


Yeri gəlmişkən, internet-klubların sahiblərindən bəziləri obyektlərin bağlanmasında işbaz məmurların da əli olduğunu bildirirlər. Bu versiyanı irəli sürənlər bildirirlər ki, bir-iki internet-klub açıq qalsa, abituriyentlər qəbula sənəd verən zaman hamı ora üz tutacaq və belədə qazanc da çoxalacaq. Digər versiya isə Muxtar Respublikada (MR) internet-klubların inhisara alınmasıdır. Burada məqsəd isə informasiyaların internet vasitəsilə alınıb-ötürülməsinə nəzarət etməkdir.


MR-də internet-klubların hansı səbəbdən bağlanması şübhəli qalsa da, Azərbaycan Konstitusiyasının 50-ci maddəsi bütün vətəndaşlara hər kəsin istədiyi bilgini qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq haqqını tanıyır.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG