Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:58

5 mart 1953-cü il: Stalin öldü


Rusiya kommunistləri Stalinin məzarını ziyarət edir. 5 mart 2008
Rusiya kommunistləri Stalinin məzarını ziyarət edir. 5 mart 2008

Sovet İttifaqının lideri İosif Stalin 1953-cü il martın 5-də vəfat edib. Rəsmi məlumata görə onun beyninə qan sızmasından öldüyü bildirilib.


İosif Stalin 1878-ci il dekabrın 18-də Gürcüstanda anadan olub. 1922-ci ildən vəfatına qədər Sovet kommunistlərinin lideri olub. Onun hakimiyyət illəri dünya tarixi üçün yadda qalan dövrə təsadüf edib. Belə ki, həmin dövrdə Sovet İttifaqı yarandı, insanların kütləvi qırılması ilə müşahidə edilən kollektiv təsərrüfatlar formalaşdırıldı, İkinci Dünya Müharibəsi oldu. Alman faşistləri üzərində qələbədən sonra dünya faktiki olaraq iki qütbə: kommunist və kapitalist düşərgələrinə bölündü.


Sovet İttifaqı Kommunist Partiyasının 1956-cı ildə keçirilmiş XX qurultayı Stalini «şəxsiyyətə pərəstiş»də ittiham edib. O, repressiyaların təşəbbüskarı adlandırılıb. Sovet diktatorunun vaxtında həbs edilib və ya güllələnmiş şəxslərin əksəriyyətinə bəraət verilib.


1961-ci ildə Stalinin cəsədi Lenin mavzoleyindən çıxarılıb və Kreml divarları yaxınlığında dəfn edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG