Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

«Milli məsələlərdən «uzaq gəzin…»


İranda parlament seçkiləri martın 3-cü həftəsində keçiriləcək
İranda parlament seçkiləri martın 3-cü həftəsində keçiriləcək

İranın Şərqi Azərbaycan vilayətindəki Seçki Komissiyasının sədri Əkbər Qafari martın 5-də keçirdiyi mətbuat konfransında seçicilərdən xahiş edib ki, milli məsələlərdən «uzaq gəzsinlər».


İranın rəsmi «Fars» xəbər agentliyinin Təbrizdən göndərdiyi məlumatda belə deyilir. Qafari parlament seçkilərinə Təbriz, Azərşəhr (Tufarqan) və Üsküdən olan rəsmi namizədlərin adlarını elan edib. Seçki komissiyasının sədri bildirib ki, növbəti parlament seçkilərdə diqqəti «irqi» məsələlərə yox, inflyasiya və işsizliyi azaldılması və digər sosial problemlərə yönəltmək lazımdır. O, «irqçiliyin» ölkənin milli birliyinə ziyan yetirəcəyini söyləyib və əhalinin bu kimi məsələlərə toxunmamasını istəyib.


«Şura-ye İslami» adlanan İran parlamentinin hazırkı fəal azərbaycanlı deputatlarının, o cümlədən də Əkbər Ələminin yeni seçkilərdə iştirak etməsinə də imkan verilməyib.


Şərqi Azərbaycan vilayətinin seçkilərinə nəzarət edən komissiyanın sədri bildirib ki, ötən ilin rəsmi siyahısına görə vilayətdə 3 milyondan çox əhali yaşayır. Bunlardan 2 milyondan çoxunu yaşı 18 yaşdan yuxarı şəxslər təşkil edir.


Cənab Qafarinin elan etdiyi rəsmi statistikaya görə, Şərqi Azərbaycan vilayəti əhalisinin 68 faizinin bu seçkilərdə iştirak edəcəyi gözlənilir.


İranda parlament seçkiləri martın 3-cü həftəsində keçiriləcək.


XS
SM
MD
LG