Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:10

ATƏT Ermənistanı informasiya blokadasını ləğv etməyə çağırır


Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan edilib
Ermənistanda 20 gün müddətinə fövqəladə vəziyyət elan edilib

ATƏT informasiya blokadasını ləğv etmək üçün Ermənistana müraciət edib. İndi hökumət Ermənistanda ancaq dövlət mediasına işləməsinə imkan verir, bütün özəl və xarici mənbələrə qadağa qoyub.


«Azadlıq» radiosunun erməni xidmətini də efirə buraxmırlar, internet saytını bağlayıblar. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti deyib ki, Ermənistan mətbuata belə məhdudiyyət qoymaqla öhdəliklərinə əməl etmir.


Ermənistanda fevralın 19-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət davamlı aksiyalar keçirib. Martın 2-nə keçən gecə isə polis və prezident seçkisinin nəticələrinə etiraz edən nümayişçilər arasında baş verən toqquşmada 8 nəfər həlak olub, onlarla şəxs yaralanıb. Bunun ardınca ölkədə 20 gün müddətinə fövqəladə vəziyyət elan edilib. Bütün etiraz nümayişlərinə qadağa qoyulub və media üzərində senzura tətbiq edilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG